Ulduz futbolçu "Real" azarkeşlərindən ÜZR İSTƏDİ

İspaniya La Liqasının XXVI turunda sabiq komandası "Real"a (Madrid) qol vurduqdan sonra hədsiz dərəcədə sevinc yaşayan İsko, bu davranışına görə "Kral klubu"nun azarkeşlərindən üzr istəyib.

Ulduz futbolçu
İspaniya La Liqasının XXVI turunda sabiq komandası "Real"a (Madrid) qol vurduqdan sonra hədsiz dərəcədə sevinc yaşayan İsko, bu davranışına görə "Kral klubu"nun azarkeşlərindən üzr istəyib.

meqale.com xəbər verir ki, 32 yaşlı vinger ötən gün "Betis"in 2:1 hesabı ilə qalib gəldiyi matçın ardından rəqib komandanın azarkeşlərinə səslənib.

"Vurduğum qola görə hədsiz dərəcədə sevindiyim üçün bütün "Real" azarkeşlərindən üzr istəyirəm. Bu komanda və azarkeşləri hər zaman mənim ürəyimdə qalacaq" - deyə o, bildirib.