Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb - FOTO
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun büstünün önünə əklil qoyulub. Tədbir zamanı Ümummilli Liderin Azərbaycan xalqı və dövlətinin tarixində oynadığı müstəsna rol, müasir Azərbaycanın qurulması və möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, eləcə də zəngin və müdrik dövlətçilik irsi xüsusi vurğulanıb.