Uşaq şampanları ilə bağlı xəbərdarlıq
Yeni il ərəfəsində mağazalarda parlaq etiketli uşaq şampanı diqqəti cəlb edir. Bir çox valideyn bu şirin və qazlı içkini bayram süfrəsinin əvəzolunmaz atributu hesab edir. Lakin rusiyalı pediatr Anastasiya Maltseva xəbərdarlıq edir ki, bu içki uşaqlar üçün tamamilə zərərsiz deyil.
meqale.com xəbər verir ki, uşaq şampanında çoxlu şəkər, süni boyalar və konservantlar var.
"Tez-tez və ya nadir hallarda belə istifadəsi uşaqlarda artıq çəki, qan şəkərinin pozulması və gələcəkdə diabet riski yarada bilər. İçkinin tərkibindəki limon turşusu isə dişlərin sağlamlığına zərər verə, kariyes yarada bilər.
Uşaq şampanı həmçinin mədə-bağırsaq sisteminə təsir edə, qaz və turşular səbəbindən qıcıqlanma, həzm pozuntuları, ürək yanması və şişkinlik yarada bilər. Həssas uşaqlarda bu, qastrit və bağırsağın iltihabi reaksiyalarını də stimullaşdıra bilər", - pediatr söyləyib.
Süni boyalar və konservantlar allergik reaksiyalara səbəb ola bilər. Hətta bir dəfə istifadə belə dəri səpkisi, qaşınma və ya anafilaktik şokla nəticələnə bilər.
Maltseva valideynlərə tövsiyə edir ki, uşaq bayramı sağlam alternativlərlə, məsələn, evdə hazırlanmış kompot və ya meyvə şirələri ilə keçsin. Bu həm uşağın sağlamlığına zərər vermir, həm də vitaminlərlə zəngindir. Valideynlər unutmasın ki, uşaqlıqda formalaşan qida vərdişləri gələcəkdə sağlam həyatın əsasını qoyur.