Beyin qanaxması keçirdiyi günə mahnı OXUDU - FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş musiqisevərləri yeni layihəsi ilə sevindirir.

Beyin qanaxması keçirdiyi günə mahnı OXUDU - FOTO
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş musiqisevərləri yeni layihəsi ilə sevindirir.

meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçinin "İyi ki Doğmuşum" adlı yeni mahnısı bu gün dinləyicilərin ixtiyarına verilir. Mahnının söz və musiqisi tanınmış bəstəkar və müğənni Sinan Akçılaya məxsusdur.

Bildirilir ki, bu əsər Ebru Gündeş üçün xüsusi olaraq qələmə alınıb.

Mahnının məhz 16 dekabr tarixində təqdim olunması təsadüfi deyil. Xatırladaq ki, Ebru Gündeş 1999-cu ildə albom təqdimatı zamanı beyin qanaxması keçirib və daha sonra əməliyyat olunub. Uzun və ağır müalicə prosesindən sonra sənətçi 16 dekabr 1999-cu ildə xəstəxanadan evə buraxılıb. Həmin gün jurnalistlərə açıqlamasında Gündeş "Əsl doğum günüm bu gündür" ifadəsini işlədib.

Məhz bu səbəbdən müğənni yeni mahnısının yayımlanma tarixini özü üçün xüsusi anlam daşıyan bu günə təsadüf etdirib.