“Valideynlər övladları ilə heyvan kimi davranmamalıdır” - FOTO

Son zamanlar yeniyetmə qızların evlərindən didərgin düşməsi, qəfildən yoxa çıxması halları çoxalmağa başlayıb. Bu hal ən çox 13-16 yaşlı qızlar arasında yaşanır.

“Valideynlər övladları ilə heyvan kimi davranmamalıdır” - FOTO
Son zamanlar yeniyetmə qızların evlərindən didərgin düşməsi, qəfildən yoxa çıxması halları çoxalmağa başlayıb. Bu hal ən çox 13-16 yaşlı qızlar arasında yaşanır.

meqale.com xəbər verir ki, məsələ ilə bağlı Psixologiya elmləri namizədi, pedaqoq, sabiq millət vəkili Gülər Əhmədova "Yeni Sabah"a danışıb.

O bildirib ki, bu cür məsələlərdə ailənin rolu önəmlidir:

"Yetkinlik yaşına çatmayan qızların evdən qaçmasında iki mühüm faktor rol oynayır. Bunlar ailə və ətraf mühitdir. 

Həzrət Əli deyirdi ki, övladlarımız bizdən daha çox, yaşadıqları zəmanəyə bənzəyir. Bilməyinizi istəyirəm ki, Azərbaycan əxlaq, mədəniyyət qovşaqlarının kəsişdiyi bir yerdir. İnsanlar artıq mənəviyyat haqqında çox az düşünürlər. Bu məsələdə dinin də rolu var. Bakıətrafı kəndlər, Naxçıvan kimi klassik ailə dəyərlərinin qorunduğu bölgələrdə belə hadisələr demək olar ki, olmur".

Gülər Əhmədova yeniyetmə qızlara sosial şəbəkələrin necə təsir göstərdiyini də açıqlayıb:

"Bu gün cəmiyyətdə müxtəlif sosial platformalar öz mənfi təsirlərini açıq şəkildə göstərir. İnsanlar sosial şəbəkələrdən istifadə etdikcə bütün milli-mənəvi dəyərlərimizi yaddan çıxarmağa başlayırlar. 

Həmçinin, sosial şəbəkələrdə ziyanlı kontentlərə baxmaq təhsildən və sağlam vərdişlərdən uzaqlaşan, idmanla məşğul olmayan, dinimizi bilməyən və heç bir qibləsi olmayan qızlar və oğlanlar kütləsi yaradır. Beləliklə onlar evdən qaçır, ümumiyyətlə isə nə etdiyini və istədiyini bilmirlər".

Ekspert bildirir ki, valideynlər övladları ilə heyvan kimi davranmamalıdır: