Vasif Məhərrəmli: "Xanım müğənnilərin ən çox sevdiyi kəlmə “ərim” sözüdür"
"Xanım müğənnilərin bu gün fəxrlə dilə gətirdikləri, ən çox sevdiyi kəlmə "ərim" sözüdür. "Ərim gəlib, ərim zəng edib". Həmkarları ilə danışanda mütləq bu sözü yeri gəldi-gəlmədi işlədirlər".
meqale.com bildirir ki, bu fikirləri lente açıqlamasında müğənni Vasif Məhərrəmli səsləndirib.
"Çünki müğənnilik asan sənət deyil. Karyerasında irəliləmiş qadın müğənnilər də özlərini adi qadın kimi xoşbəxt hiss etmək ehtiyacı hiss etdilər. Üstəlik "həci"lər barədə söz-söhbətlər çoxaldıqdan sonra görünür buna ehtiyac hiss edirlər",- deyə o ildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun