Vatsapla bağlı xəbərdarlıq: Bu tətbiqi istifadə edənlər... - RƏSMİ - FOTO
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta "Whatsapp" tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edir.
Qurumdan meqale.com-a bildirilib ki, saxta "Pink Whatsapp", "Whatsapp+" kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur.
Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə "mining" və ya "proxy" kimi istifadə edilmək məqsədi ilə yaradılır.