Vəfat edən tanınmış idmançının bir ay əvvəl toyu olubmuş - FOTO

Murad Heydərlinin ölüm səbəbi məlum olub.

Vəfat edən tanınmış idmançının bir ay əvvəl toyu olubmuş - FOTO
Murad Heydərlinin ölüm səbəbi məlum olub.

meqale.com sfera.az-a istinadən xəbər verir ki, idmançı beyin xərçəngindən əziyyət çəkirmiş.

Bildirilir ki, idmançı dünən gecə saatlarında vəfat edib.

Yaxınlarının verdiyi məlumata görə, Muradın 1 ay əvvəl toyu olubmuş.

Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, gənclər arasında Avropa kubokunun 3 qat bürünc mükafatçısı olan Murad Beynəlxalq Cüdo Federasiyası Akademiyasını bitirib. İdman ustası Heydərli Abşeron idman klubunun baş məşqçisi və rəhbəri olub.

Sosial şəbəkələrdə idmançının toyundan olan fotosu paylaşılıb.