Velosipedi belə oğurladı - ANBAAN VİDEO

Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Velosipedi belə oğurladı - ANBAAN VİDEO
Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

meqale.com Unikal-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumatda qeyd olunub ki, oğurluq hadisəsi aprelin 1-də baş verib. Naməlum şəxs bloka daxil olaraq oradakı velosipedlərdən birini aparıb.

"Aprelin 3-də "102 Çağrı Mərkəzi"nə hadisə ilə əlaqədar məlumat vermişəm. Dərhal Abşeron Rayon Polis İdarəsinə dəvət edilərək rəsmi sənədləşmə aparılıb. Lakin artıq bir neçə müddətdir ki, nə rəsmi, nə də şifahi məlumat verilir", - deyə vətəndaş bildirib.

Qeyd edək ki, hadisə Xırdalan şəhəri, Qara Qarayev küçəsi, bina 75-də baş verib.