Bakıda qaçırılan "Jiquli" parklanma yerindən tapıldı

Bakının Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək "VAZ-2107" markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.

Bakıda qaçırılan
Bakının Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək "VAZ-2107" markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.

Araşdırma davam etdirilir.