Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi - FOTO
Vətən müharibəsi iştirakçısı Fikrət Şamxalov Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbə direktor təyin edilib.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Məlumatı İqtisadiyyat.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, Fikrət Şamxalov 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib.