Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!
Türkiyənin termal turizm şirkətlərindən biri olan "Hattuşa" Tətil Klubu fevralın 17-si Bakıda "Four Season" hotelində Azərbaycandakı layihəsi ilə bağlı tədbir keçirib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və "Hattuşa Azərbaycan" layihəsinin ortağı Ənvər Qədimbəyli iştirak edib.
Mərasimdə çıxış edən şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan "Hattuşa" şəbəkəsi barədə məlumat verib.