Vida matçında süni intellektlə atasını göstərdilər - göz yaşlarına boğuldu - VİDEO
Bir zamanların ən məşhur futbolçularından olan brazilyalı Adriano Leitenin vida matçı baş tutub.
meqale.com bildirir ki, onun "Flamengo Legends" və "Friends of Italy" komandaları arasında "Marakana" stadionunda vida matçı keçirilib.
Adriano ilə vidalaşmaq üçün keçirilən matçda süni intellektlə nəhəng ekranda atasının görüntüləri yayımlanıb.
Ölən atasını görən Adriano göz yaşlarını saxlaya bilməyib. /90plus.az