Vilayət Eyvazovdan yeni təyinat
Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə yeni rəis təyin edilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis baş leytenantı Fuad Salmanov Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.