Vüqar Bayramov: "Qara qızılın" qiyməti ilə bağlı proqnozlar kifayət qədər bədbindir"

"Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən "Brent" markalı neft son 3 ayda 31.0 faiz, son bir həftədə isə 20.0 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVID-19 pandemiyasından sonra ən aşağı səviyyədədir".

Vüqar Bayramov:

meqale.com xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat "qara qızılın" qiyməti ilə bağlı proqnozların kifayət qədər bədbin olduğunu deyib:

"ABŞ-nin qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. "Goldman Sachs" təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.

Neftin qiymətinin azalmasına Azərbaycana təsirlərinə gəldikdə isə, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. O baxımdan mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil. Sözsüz ki, neftin dünya bazar qiymətinə qısamüddətli deyil, eyni zamanda, uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir.