Vyetnamda yaşayış binasında yanğın olub, 14 nəfər ölüb

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında güclü yanğın baş verib.

Vyetnamda yaşayış binasında yanğın olub, 14 nəfər ölüb
Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında güclü yanğın baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Hanoydakı fövqəladə hallar xidmətinin nümayəndələri məlumat verib.

Hadisə nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yanğı gecə saatlarında, təxminən 200 kvadratmetr torpaq sahəsində yerləşən iki beşmərtəbəli binadan ibarət yaşayış komplekslərində baş verib.

Alov binanın birinci mərtəbəsində yerləşən velosiped təmiri sexində baş verib.

Yanğınla mübarizədə 50-yə yaxın yanğınsöndürmə briqadası iştirak edib.

Yanğın tamamilə söndürülüb, zərərçəkənlər Hanoydakı tibb müəssisələrinə çatdırılıb, xilasedicilər axtarışlarını davam etdirirlər.