"WhatsApp"da bu da mümkün olacaq

"WhatsApp" istifadəçilərin telefon nömrəsini açıqlamadan əlaqə saxlamağa imkan verən ləqəblə axtarış və əlaqə yaratmaq funksiyasını təqdim etməyi planlaşdırır.

"WhatsApp" istifadəçilərin telefon nömrəsini açıqlamadan əlaqə saxlamağa imkan verən ləqəblə axtarış və əlaqə yaratmaq funksiyasını təqdim etməyi planlaşdırır.

meqale.com xəbər verir ki, bu barədə biznes tərəfdaşları üçün elana istinadən "WABetaInfo" məlumat yayıb.

Yeni funksiya 2026-cı ilə planlaşdırılıb və həm biznes, həm də messencerin daimi istifadəçiləri üçün əlçatan olacaq. Oxşar funksionallıq teleqramda çoxdan tətbiq edilib.