"WhatsApp"da növbəti YENİLİK

"WhatsApp" tərtibatçıları yeni funksiyanı açıqlayıblar.

"WhatsApp" tərtibatçıları yeni funksiyanı açıqlayıblar.

meqale.com baku.ws-ə istinadən bildirir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Qeyd olunur ki, yenilik kanallarda administratorlar və kanal sahibləri tərəfindən səsli mesajların göndərilməsi funksiyasıdır.

Şirkət bildirir ki, 2 milyard istifadəçi bazası gündəlik 7 milyard səsli mesaj göndərir.

Şirkət həmçinin kanal yeniləmələrini şəxsi "WhatsApp" statusuna - söhbət proqramının hekayələr funksiyasına paylaşmaq imkanı yaradır.

"İnstagram"da istifadəçilərə kanallardakı yazıları hekayələrinə əlavə etmək imkanı verən oxşar xüsusiyyət var.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun