WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə... - FOTO
"WhatsApp" yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.
meqale.com oxuya istinadən bildirir ki, belə ki, artıq "Android" cihazlarının istifadəçiləri videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi dinləyə biləcəklər.
"Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək", - deyə ekspertlər bildiriblər.
Həmçinin yeni funksiya istifadəçilərə videonu işə salmağı sinxronlaşdırmağa və virtual baxış sessiyası yaratmağa imkan verir.
Videozəng zamanı səsi paylaşmaq seçimi artıq bəzi beta-tester üçün əlçatandır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun