Xaçmaz yolunda iki maşın toqquşdu, ölən və xəsarət alanlar var - FOTO
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Vaz" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alanlar var.
Faktla bağlı araşdırmalar davam etdirilir.