Xaçmazda dostlar arasında qanlı insident

Xaçmazda bıçaqlanma hadisəsi olub.

Xaçmazda dostlar arasında qanlı insident
Xaçmazda bıçaqlanma hadisəsi olub.

meqale.com-ın məlumatına görə, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Ədilovun dediyinə görə, ona bıçaq xəsarəti yetirməkdə dostu Seyidbaba adlı şəxs şübhəli bilinir.