Xamenei: İrandakı etirazçılar Trampın "işinə yarımağa" çalışır
Xamenei İrandakı etirazçıların Trampın işinə yarımağa çalışdıqlarını bəyan edib İranın ali rəhbəri Əli Xamenei cümə günü bəyan edib ki, paytaxt Tehranda və ölkənin digər şəhərlərində etiraz aksiyasına çıxanların bəziləri ABŞ Prezidenti Donald Trampın "işinə yarımağa" çalışırlar.
meqale.com report-a istinadən xəbər verir ki, Xamenei bu barədə özünün "X" hesabında yazıb.
"Dünən axşam Tehranda və bir sıra şəhərlərdə dağıdıcılığa meyilli insanlardan ibarət qrup ABŞ Prezidentinin işinə yarmaq və onu xoşbəxt etmək üçün öz ölkələrinə məxsus binaları dağıdıblar", - Xamenei yazıb.