Xankəndi - Bakı ultramarafonunu finişə yaxınlaşır

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonununa bu gün yekun vurulacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, atletlər yarışın beşinci mərhələsinə Qobustanda start veriblər.

"Qürurla irəli" şüarı ilə təşkil edilən marafonun son günündə iştirakçılar 55 km məsafə qət edəcəklər. Yarış Bakıda başa çatacaq.

Fevralın 29-da Xankəndidə start götürən ultramarafon iştirakçıları bunadək Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) mərhələlərini başa vurublar. Yarışda hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.