"Xankəndidə rahat oynaya biliriksə..." - İsa "Qarabağ"la matçdan danışdı
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" Xankəndində MOİK - lə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Hərbçilər"in cari mövsüm ən məhsuldar oyunçusu olan İsa Zeynallı ilə əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
meqale.com bildirir ki, Zeynallının fanat.az-a açıqlaması belə oldu:
"Gözəl oyun keçdi. Yaxşı mübarizə apardıq. "Qarabağ"ın gücü hər kəsə məlum idi. Rəqibə qarşı yaxşı oynadığımızı düşünürəm. Xankəndidən xoş xatirələrlə qayıtdıq. Arzum budur ki, orada daha çox matçlar olsun. Ümid edirəm ki, Xankəndi şəhərinin öz komandası olar və ev oyunlarını həmin stadionda keçirər. Xankəndidə rahat oynaya biliriksə, bunun səbəbkarı başda Ali Baş Komandan və şəhidlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də Allah səbr versin".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun