Xərçəngə qalib gəldi

Futbol üzrə Niderland yığmasının keçmiş baş məşqçisi Lui van Qal prostat vəzi xərçəngindən sağalıb.

Xərçəngə qalib gəldi
Futbol üzrə Niderland yığmasının keçmiş baş məşqçisi Lui van Qal prostat vəzi xərçəngindən sağalıb.

meqale.com xəbər verir ki, bu barədə o, ESPN telekanalına bildirib.

"Xərçəng artıq məni narahat etmir. İki il əvvəl bir neçə dəfə əməliyyat olundum. Əvvəlcə hər şey pis idi, amma nəticədə hər şey yaxşı oldu və indi mən özümü yaxşı hiss edirəm. Mən hər ay müayinədən keçirəm və hər şey yaxşıdır. Getdikcə özümü daha yaxşı hiss edirəm", - deyə o söyləyib.