Xəzər dənizinin səviyyəsi 6 metrə qədər azala bilər - Ekologiya rəsmisi
Xəzər dənizinin səviyyəsi əsrin sonuna qədər 6 metrə qədər azala bilər.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Ekoloji Siyasət" şöbəsinin müdir müavini Rafiq Verdiyev deyib.
O bildirib ki, son 30 ildə Xəzər dənizinə gedən çayların səviyyəsi azalıb.