Xəzərdə itkin düşən balıqçının meyiti tapıldı - FOTO
Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.
meqale.com bildirir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.
Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.