Bakıda ağır qəza - Hərəkət məhdudlaşdırıldı

Bakının Binəqədi rayonu, Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bakıda ağır qəza - Hərəkət məhdudlaşdırıldı
Bakının Binəqədi rayonu, Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

meqale.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edək ki, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəza səbəbindən tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi.

***

Bakının Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.