Xəzəri üzərək Azərbaycana keçmək istəyir - FOTO

Britaniyalı keçmiş aviadesant, hazırda isə səyyah və yazıçı Karl Buşbi fasiləsiz dünya səyahəti edən birinci şəxs olmaq niyyətindədir.

Xəzəri üzərək Azərbaycana keçmək istəyir - FOTO
Britaniyalı keçmiş aviadesant, hazırda isə səyyah və yazıçı Karl Buşbi fasiləsiz dünya səyahəti edən birinci şəxs olmaq niyyətindədir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, səyahətinə hələ 1998-ci ildə başlayan Buşbi artıq 58 000 km yol qət edib.

Onun sözlərinə görə, Qərb və Rusiya ilə İran münasibətlərində gərginliyin olması o deməkdir ki, əgər səyahətinə davam etmək istəyirsə, Qazaxıstandan Azərbaycana Xəzər dənizində 300 km üzməklə keçmək mümkündür.

"Rusiya və ya İrandan keçmək mümkün deyil. Bu ən yaxşı marşrutdur, çünki bu, həyatda qalmaq üçün yeganə yoldur. Burada uğursuzluq ölümcül olacaq", - keçmiş desant deyib.