Xırdalanda 39 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində yolu keçən 1985-ci il təvəllüdlü İsmayıllı Vüsal Feyzulla oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır.