Xırdalanda özünə antibiotik vuran qadın öldü - təfərrüat - VİDEO
07:56
Abşeronda özünə antibiotik vuran qadın dünyasını dəyişib.
meqale.com Xəzər TV-yə istinadən məlumat verir ki, qonşuların sözlərinə görə, 42 yaşlı Gülnarə Cahangirova Yasamal rayon qeydiyyatında olsa da, Xırdalanda yaşayırmış.
İddiaya görə, son günlərdə havaların soyuq keçməsi onun səhhətinə pis təsir edib və apteklərin birindən özünə antibiotik iynəsi alıb. Evdə iynədən sonra halı pisləşən qadın dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır.
Ətraflı süjetdə:
--------------- 2025.02.26 Abşeronda özünə iynə vuran qadın ölüb.
meqale.com-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.
Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub.
İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.