Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq
Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Hazırda Bakıda marketlərdə "yelpənək" xiyar sortunun bir kiloqramı 1 manat 60 - 1 manat 80 qəpik arasında təklif olunur. "Tikanlı" kimi tanınan turşuluq xiyarın isə bir kiloqramı 1 manat - 1 manat 20 qəpik arasında satılır. Satıçılar bunun səbəbini bölgələrdəki hava şəraiti ilə əlaqələndirir. 

Masallı rayon sakini, fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda turşuluq xiyarın sahədən topdansatış qiyməti 70, hamar xiyar sortu isə 1 manata təklif olunur: 

"Yelpənək" xiyar sortu isə xəstəliklə qarşılaşdı, tağlar vaxtsız öldü. Normalda 13-17 dəfə xiyar yığımı olurdusa, hazırda bu rəqəm 6-7 arasındadır".  Fermerin sözlərinə görə, bu il xiyar məhsuldarlığı çox aşağı olub:

"Bu səbəbdən xiyar qıtdır. Hələ sentyabr ayında bir az da bahalaşacaq".