Xocalıda yaşayış kompleksi 3,34 hektar ərazini əhatə edir

Sürətlə reallaşan Böyük qayıdış, plana uyğun və mərhələli şəkildə davam edir. İşğaldan azad edilən ərazilərə qayıdan ailələrin sayı günü-gündən artır. Demək olar ki, hər ay, hər həftə onlarla ailə yurduna qovuşur. Böyük qayıdışın realladırıldığı Xocalı şəhəri kimi. Ötən gün 28 May tarixində 32 ildən sonra Xocalılar Müstəqqillik günündə öz dədə baba torpağına qayıtmaqla iki qat sevinc yaşadılar.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 31 il işğalda olan Xocalı rayonu azad olunduqdan qısa müddət keçməsinə baxmayaraq artıq bərpa olur, yenidən qurulur, məcburi köçkünlər öz dədə-baba torpağına geri qayıdır.

Əbədi və əzəli torpağına qaydan keçmiş köçkün ailələr müasir tipli evlərlə təmin olunub. 31 il müddətində erməni işğalında olan Xocalı minalardan, hərbi silah sursatlardan təmizlənib və yenidən qurulur.

Dövlətimiz soydaşlarımızın geri qayıtması üçün işğal dövründə ermənlərin xarabalığa çevirdiyi Xocalı şəhərini möhtəşəm bir yaşayış məntəqəsinə çevirib. Beləliklə 32 illik həsrət bitdi və işğaldan azad olunan digər rayonlarımız kimi Xocalıyada böyük qayıdış reallaşdı. Xocalı sakinləri illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri döndülər. Öz qayıdışları ilə doğma torpaqlara yenidən həyat gətirdilər.