Xoşqədəm anasının vəfatından sonra ilk dəfə efirə çıxdı - VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızı anası Ofeliya Baxşəliyevanın vəfatından sonra ilk dəfə efirə çıxıb.
meqale.com xəbər verir ki, aparıcı bu gün "Səni axtarıram" proqramında izləyiciləri salamlayıb. O, anası haqqında danışaraq qəhərlənib və göz yaşlarına hakim ola bilməyib:
"Salamlayıram hər kəsi. Bu gün anan məni izləmir. İlk dəfədir ki, onsuz efirə çıxıram. Əməliyyatdan sonra belə televizoru açıb ekranda mənə dua edirdi. Əsəbiləşəndə Allahdan mənə səbr diləyirdi. lazım gələndə tənqid edirdi. 15 il sonra verilişə tək çıxdım. Qanadları qırıq. Yoldu qanadlarımı (ağlayır). Burada çox talelər izlədim, anası dünyasını dəyişən inanları qucaqladım, amma bugünkü qədər onları hiss etmədim. İçimdəki isti onlar qucaqlayamda yox idi, indi isə var. Ana böyük qüvvədir. Onu heç kim əvəz edə bilməz. İndi anasız bir qız kimi bu sözü deyirəm".