Xoşqədəmin verilişi də bağlanır?
ATV kanalında Zaur Baxşəliyevin verilişinin bağlanacağı haqda xəbərlərin ardınca Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin də (ARB kanalı) yayımının dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
meqale.com xəbər verir ki, məsələ ilə bağlı Kult.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Mail Əsgərov bildirib ki, verilişin bağlanılması ilə bağlı iddialar əsassızdır.
"Bu şayiədir. Hər bir verilişin bağlanması ilə bağlı qərarın əsaslı səbəbləri olmalıdır. "Səni axtarıram" verilişinin bağlanılması üçün isə heç bir səbəb yoxdur. Verilişin yayımı zamanı hər hansı ciddi problem və efir səhvi qeydə alınmayıb", - M.Əsgərov vurğulayıb.