XXI əsrin ikincisi - Arda Gülər

Arda Gülər "Real"ın start heyətində meydana çıxdığı ilk La Liqa oyununda qol vurub.

XXI əsrin ikincisi - Arda Gülər
Arda Gülər "Real"ın start heyətində meydana çıxdığı ilk La Liqa oyununda qol vurub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, türkiyəli futbolçu İspaniya nəhənginin heyətində 19 yaş 61 günlüyündə bunu bacarıb.

Bu, XXI əsrdə Madrid klubunun ikinci göstəricisidir. Yalınız bir futbolçu La Liqa matçına start heyətində çıxdığı görüşdə daha gənc ikən qol sevinci yaşayıb.

Rodriqo 18 yaş 294 günlüyündə fərqlənib. 3-cü yer isə 20 yaş 44 günlüyündə bunu bacaran Cud Belinqemə məxsusdur.