Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə meqale.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.