“Yalvarıram, Rusiya və Belarusa getməyin”

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

“Yalvarıram, Rusiya və Belarusa getməyin”
Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanı danışıb.

"Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər - bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz "girov" olmur... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kimsə gedirsə, riski öz üzərinə götürür", - Sikorski bildirib.

O, hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb.