Yamal UEFA Millətlər Liqası tarixinə düşdü
İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.
meqale.com-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.
Penaltilər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.