Yamala dünya futbol tarixində misli görünməmiş təklif
Səudiyyə Ərəbistanının "Al Hilal" klubu "Barselona"nın gənc ulduzu Lamine Yamal üçün futbol tarixində nadir görülən məbləğdə - 400 milyon avro transfer təklifi irəli sürüb.
meqale.com xəbər verir ki, cəmi 18 yaşı olan ispan futbolçunu erkən yaşda Səudiyyə Ərəbistanına gətirmək istəyən "Al Hilal" rəhbərliyi, "Barselona"ya 400 milyon avro dəyərində rəsmi təklif göndərib. Bu, futbol dünyasında indiyədək edilən ən böyük transfer təkliflərindən biri kimi qiymətləndirilir.
İspaniyanın Marca nəşrinə açıqlama verən "Barselona" rəsmiləri, təklifi düşünmədən rədd etdiklərini bildiriblər. Klub rəhbərliyi Yamalın heç bir halda satılmayacağını və gələcək planların mərkəzində olduğunu vurğulayıb.
"Lamine Yamal satılmır. O, klubun gələcəyidir!" - deyə "Barselona" rəsmiləri açıqlama verib.