Yaponiyada 7,1 ballıq zəlzələ - Xəsarət alanlar var - yenilənib - ANBAAN VİDEO

17:25 Kyuşu adası yaxınlığında baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində azı beş nəfər xəsarət alıb.

Yaponiyada 7,1 ballıq zəlzələ - Xəsarət alanlar var - yenilənib - ANBAAN VİDEO
17:25 Kyuşu adası yaxınlığında baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində azı beş nəfər xəsarət alıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, Milli Meteoroloji İdarə Miyazaki prefekturası istisna olmaqla, bütün bölgələr üçün sunami təhlükəsi barədə xəbərdarlığı ləğv edib.

-------- 12:42 Yaponiyada 6,9 və 7,1 bal gücündə ard-arda zəlzələ baş verib, Yaponiyanın cənubunda sunami xəbərdarlığı qüvvəyə minib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Meteorologiya Agentliyinin məlumatına görə, sunami xəbərdarlığı Yaponiyanın cənubundakı Kyuşu və Sikoku adalarının sahilyanı rayonları üçün verilib. Yaponiyanın ictimai kanalı NHK bildirib ki, Miyazaki, Koçi və yaxınlıqdakı digər prefekturalarda dalğalarn hündürlüyünün bir metrə çatması gözlənilir.