Yaponiyada siyasi partiyaya süni intellekt başçılıq edəcək

Yaponiyanın "Dirçəlişə gedən yol" siyasi partiyası "yeni lideri"nin süni intellekt olacağını elan edib

Yaponiyada siyasi partiyaya süni intellekt başçılıq edəcək
Yaponiyanın "Dirçəlişə gedən yol" siyasi partiyası "yeni lideri"nin süni intellekt olacağını elan edib

meqale.com xəbər verir ki, partiyanın əvvəlki rəhbəri Sindzi İsimaru iyulda ölkə parlamentinin yuxarı palatasına keçirilən seçkidə uğursuz nəticələrə görə istefa verib.

"Yeni lider süni intellekt olacaq" , - deyə İsimarunun yerinə partiyadaxili seçkidə qalib gələn 25 yaşlı aspirant Koki Okumura bildirib. Universitetdə süni intellekt üzrə təhsil alan tələbə özünün partiyanın "yeni rəhbəri"nin köməkçisi kimi fəaliyyət göstərəcəyini söyləyib.