Yaxın qohumları namizəd olduğu üçün fəaliyyətlərinə xitam verildi
Dairə seçki komissiyalarının üzvlərinin yaxın qohumları deputatlığa namizəd olduğuna görə, onların fəaliyyətinə müvəqqəti xitam verilib.
meqale.com Report-a istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 69 saylı Biləsuvar dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Ədalətli Zaur və 96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Səyavuş Quliyevin fəaliyyətinə xitam verilib.
Onların əvəzinə müvəqqəti komissiya üzvləri təyin edilib.