“Yazıq gəlinim deyirdi ki, mənim üstümə niyə düşüblər?” - Elmar Məmmədyarov
"Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Düşünürəm ki, xarici işlər nazirinin, müdafiə nazirinin bitərəf olması lazımdır. Çünki bunlar güclü blokdur".
meqale.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Modern.az"a müsahibəsində deyib.
Eks-nazir XİN rəhbərləri ilə münasibəti barədə danışıb: "Yavaş-yavaş aşağıya doğru getdi. Amma yazışdığım nazirlər var. Tez-tez Lavrovla, Mövlud Çavuşoğlu ilə danışırıq. Macarıstanın XİN başçısı hər dəfə mənə təbriklər göndərir, Qazaxıstanın keçmiş naziri ilə zəngləşirik. Amma bu aralar mənimlə daha çox əlaqə saxlayanlar jurnalistlərdir.
Lavrovla çox danışırıq, axırıncı dəfə Rusiyada terror hadisəsi olanda başsağlığı göndərdim. O da məmnuniyyətlə qəbul etdi. Biz danışmışıq ki, Moskvaya getsəm, mesaj göndərim, ən azı bir çay içək. Amma 4 ildə hələ Moskvaya getməmişəm, bu yaxınlarda bir tədbirlə bağlı getməyi planlaşdırıram".