“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

"Əlimdən pislik gəlmir. Yeganə məxluqam ki, özümdən başqa heç kimə pisliyim dəyməyib".

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”
"Əlimdən pislik gəlmir. Yeganə məxluqam ki, özümdən başqa heç kimə pisliyim dəyməyib".

meqale.com bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.

Sənətçi ürəyindəki ən böyük arzusundan və ailə üzvlərindən söz açıb:

"İstəmərəm bu dünyadan naümid köçmək, çünki ürəyimdə bir arzum var. O arzum yerinə yetməsə diri ikən ölü olaram. Allah məni ailəm və yaxınlarımla sınağa çəkməsin. Buna dözə bilmərəm. Biri var adam ölər, canı qutarar, biri də var ki, adamın başına hava gələr. Mən onlarsız qala bilmərəm. Allah onları mənə çox görməsin. Mən gəlinimizi özümdən ayırmıram. Onu dəhşətli dərəcə çox istəyirəm. Xoşbəxtəm ki, o insan gəlib düşüb bizim ocağa. Bacılarımı çox sevirəm və onları çox qısqanıram. Allah məni kişi yaratsaydı çox istədiyimdən onlara qan uddurardım. Bacılarımdan biri "Həci xanımdır". Gözümün nuru bir qardaşım var. O, mənim gedən-gələn nəfəsimdir. Hələ mən onların heç birinin gülünü belə görməmişəm. Heç onlardan bunu tələb də etməmişəm. Yeganə varlığam ki, nə o şeyləri gözləmişəm nə də ki görmüşəm".

Əsədova həyatının ən ağır itkisini bu sözlərlə ifadə edib: