Yeni təyin olunan nazir bu suala görə işdən çıxarıldı

Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus Krımın kimə məxsus olması ilə bağlı suala cavab verə bilmədiyi üçün qalmaqalla üzləşib.

Yeni təyin olunan nazir bu suala görə işdən çıxarıldı
Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus Krımın kimə məxsus olması ilə bağlı suala cavab verə bilmədiyi üçün qalmaqalla üzləşib.

meqale.com Musavat.com-a istinadən xəbər verir ki, nazir müsahibəsində bu mövzudan yayınmağa çalışıb.

"Bu, provokasiya xarakterli sualdır, gəlin ona toxunmayaq. Biz indi Mədəniyyət Nazirliyi barədə danışırıq. Elə bir sərhəd var ki, onu keçməmək lazımdır. Burada da dayanmaq gərəkdir", - o bildirib.

Baş nazir İnqa Ruginene bu qalmaqallı açıqlamadan sonra səbir kasasının dolduğunu qeyd edərək, onun dərhal vəzifədən kənarlaşdırılmasını tələb edib.