Niqab geyinib senat iclasına gəldi - FOTO
Avstraliyada son 21 saatın ən çox müzakirə olunan hadisəsi senator Pauline Hansonun yenidən Senat iclasına burqa geyinərək girməsi olub.
meqale.com xəbər verir ki, hadisə parlamentdə gərginlik yaradıb və iclasın bir müddətlik dayandırılmasına səbəb olub.
Məlumata görə, Hanson bu addımı ölkədə üzü tam örtən geyimlərin ictimai yerlərdə qadağan edilməsinə dair çağırışını yenidən gündəmə gətirmək üçün atıb. Senator uzun illərdir burqa qadağasının tətbiqini tələb edir və 2017-ci ildə oxşar aksiya ilə inamsızlıq doğuran etiraz nümayiş etdirmişdi.
Yeni insident zamanı Senat rəhbərliyi iclası təxminən bir saat yarım dayandırıb. Bəzi senatorlar Hansonun davranışını "təxribat" adlandıraraq onun parlament işini pozduğunu bildiriblər. Tanınmış siyasətçilər isə hadisəni "rassizm" və "islamofobiya" nümunəsi kimi qiymətləndiriblər.
Hanson isə tənqidlərə baxmayaraq mövqeyini müdafiə edib və üzü tam örtən geyimlərin "ictimai təhlükəsizlik üçün risk yaratdığını" iddia edib.
Hadisə ölkədə geniş müzakirələrə səbəb olub və parlamentdə burqa qadağası ilə bağlı debatların yenidən qızışacağı gözlənilir.