Yevlax polisi əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb.

Yevlax polisi əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan meqale.com-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Nəticədə iki kiloqram narkotik vasitə və psixotrop həb, bir "Kalaşnikov" avtomatı, bir "Makarov" tapançası və bir  ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan beş ədəd ov tüfəngi götürülüb.

Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən üç, axtarışda olan yeddi nəfər saxlanılıb.