Yevlaxda avtomobillər toqquşdu - 8 nəfər xəsarət aldı
Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər xəsarət alıb.
meqale.com report-a istinadən xəbər verir ki, xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.