Yığmamız ilk arzusunda
Bu gün Bolqarıstanla üz-üzə gələcək Azərbaycan millisi tarixində 6-cı dəfə bu rəqiblə görüşəcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, rəqiblər indiyədək 5 dəfə üz-üzə gəliblər.
Bu matçlardan ikisi seçmə mərhələ, üçü yoldaşlıq oyunu çərçivəsində baş tutub. İndiyədək qalib gəlməyən Azərbaycan millisi ilk qələbə üçün mübarizə aparacaq.
Əvvəlki 5 oyunda yalnız bir heç-heçə edən yığmamız 4 dəfə uduzub. Rəqib qapısından 2 top keçirən futbolçularımız 9 qol buraxıblar. Komandamızın qollarına Ramiz Məmmədov 2000-ci, Dmitri Nazarov 2014-cü ildə imza atıb.
Yoldaşlıq oyunları 26.07.2000. Varna. Bolqarıstan - Azərbaycan - 2:1 20.02.2002. Sofiya. Bolqarıstan - Azərbaycan -3:0 17.11.2004. Bakı. Azərbaycan - Bolqarıstan - 0:0
AVRO-2016-nın seçmə mərhələsi 09.09.2014. Bakı. Azərbaycan - Bolqarıstan - 1:2 13.10.2015. Sofiya. Bolqarıstan - Azərbaycan -2:0